Rusiya Konstantinovka şəhərindəki mərkəzi bazara raket zərbəsi endirib- 16 nəfər ölüb, 30-dan çox yaralı var

Rusiya Donetsk vilayətinin Konstantinovka şəhərindəki mərkəzi bazara raket zərbəsi endirib.

Azpost.info xəbər verir ki, zərbə nəticəsində 16 nəfər həlak olub, 30-dan çox yaralı var.

Ukrayna daxili işlər naziri İqor Klimenko axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirib.

Ukrayna Baş naziri Denis Şmıqal ölənlər arasında bir uşağın olduğunu bildirib.

Hava zərbələri bazarda insanların çox olduğu saatlarda başlayıb. Zərbə yerində 300 kvadratmetrlik yanğın baş verib. 30-a yaxın ticarət pavilyonuna ziyan dəyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.