Rusiya Krımla bağlı Qərbə xəbərdarlıq edib –"Cavab tədbirləri görəcəyik"

Rusiya Krımla bağlı Qərbə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Kiyev açıq şəkildə Qərbin dəstəyi ilə Krım körpüsünə yeni hücuma hazırlaşır.

O, Vaşinqton, London və Brüsselə xəbərdarlıq edib ki, Krım körpüsünə qarşı hər hansı aqressiv hərəkət sarsıdıcı cavab zərbəsi alacaq.

“Rusiya Vaşinqton, London və Brüsselə xəbərdarlıq edir ki, Krıma qarşı istənilən aqressiv hərəkət uğursuzluğa məhkumdur və Moskva cavab tədbirləri görəcək”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.