“Rusiya Litva, Latviya və Estoniyaya qarşı “hibrid müharibə” aparır”- BERBOK

“Rusiya Litva, Latviya və Estoniyaya qarşı “hibrid müharibə” aparır”.

Azpost.info xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Biz indi şahidi oluruq ki, Baltik və Baltikyanı ölkələr Rusiya tərəfdən hibrid müharibənin mərkəzinə çevriliblər. O həftə yoxdur ki, hava trafikinə yeni GPS müdaxiləsi, yeni dezinformasiya şəbəkəsinin üzə çıxması və ya sərhəd şamandıralarının qəfil yoxa çıxması barədə eşitməyək”, – Berbok bildirib.

O əlavə edib ki, Almaniya və digər Qərb müttəfiqləri regionda öz varlıqlarını gücləndirəcəklər. Həmçinin müdafiəni artırmaq və Baltikyanı regionda Rusiyaya qarşı dirənmək üçün bütün lazımi tədbirləri görəcəklər.

“Baltikyanı ölkələrin təhlükəsizliyi və nəhayət, Latviyanın təhlükəsizliyi də bizim öz təhlükəsizliyimizdir. Rusiya ilə sərhəd təkcə Baltikyanı və ya Finlandiya üçün deyil, NATO və Aİ ölkələri üçün ümumi sərhəddir. Biz alyansımızın hər kvadrat santimetr ərazisini qoruyacağıq”, – nazir qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan hərbçiləri Belarusda paradda iştirak edib –

Sonrakı məqalə

Bakıda 4 uşağını ataraq qaçan ana tapılıb –