“Rusiya məktəblərində miqrant uşaqlara 10 faizlik kvota tətbiq edilsin”- Dumadan ÇAĞIRIŞ

Rusiya Dumasının deputatları rus məktəblərində miqrant uşaqların sayının ümumi sinif şagirdlərinin 10 faizi ilə məhdudlaşdırılmasını təklif ediblər.

Azpost.info xəbər verir ki, “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının rəhbəri Sergey Mironov belə bir təşəbbüslə təhsil naziri Sergey Kravtsova müraciət edib.

Mironov xarici miqrantların uşaqlarının sosiallaşması və adaptasiyası üçün təcili tədbirləri nəzərdən keçirməyə çağırıb. Onun sözlərinə görə, Rusiyada 100 mindən çox əcnəbi vətəndaşın övladı təhsil alır ki, bu da məktəblilərin ümumi sayının 1 faizindən də azdır.

Mironov qeyd edib ki, xaricdən, ilk növbədə Orta Asiya ölkələrindən gələn miqrasiya axını Rusiya ərazisində qeyri-bərabər paylanır. Bu səbəbdən, şəhərətrafı məktəblərdə miqrant ailələrindən olan şagirdlərin faizi yüksəkdir.

Bununla əlaqədar, o, 10 faizlik kvota ilə yanaşı, rus dilində xarici dil kimi danışan uşaqların sayının ümumi tələbələrin 3 faizindən çox olduğu məktəblərdə rus dilinin əlavə öyrənilməsi kurslarının tətbiqini təklif edir.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident müddətli həqiqi xidmətə çağırış haqqında Sərəncam imzalayıb

Sonrakı məqalə

Xarici ölkələrin partiyalarıyla bağladığı saziş barədə məlumat verməyən partiyalar cərimələnəcək