Rusiya Maldiv adaları vasitəsilə 50 milyonluq yarımkeçiricilər alıb

Maldiv adaları Rusiyaya yarımkeçiricilər tədarükündə Çindən sonra ikinci olub.

Azpost.info xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.

Məlumata görə, Cənubi Asiyada öz dəbdəbəli kurort tətilləri ilə məşhur olan kiçik ada dövləti Ukrayna münaqişəsinin başlamasından bir il sonra Rusiya üçün əsas ticarət tərəfdaşına çevrilib.

Nəşr Hindistanın “Export Genius” tədqiqat firmasından əldə etdiyi Rusiya gömrük məlumatlarına istinadən bildirir ki, bu müddət ərzində Maldiv adaları vasitəsilə Rusiyaya 53,6 milyon dollar dəyərində 400 minə yaxın yarımkeçirici çatdırılıb.

Bu, Maldiv adalarının ümumi mal ixracının (280 milyon dollar) 19 faizini təşkil edir.

“Bu nəticə ilə ada dövləti Honq-Konq nəzərə alınmaqla Çindən sonra Rusiyaya yarımkeçiricilərin ikinci tədarükçüsü olub. Baxmayaraq ki, bir il əvvəl bu məhsulları tədarük etmirdi. Bu, xüsusilə təəccüblüdür, çünki Maldiv adalarında yarımkeçiricilər bazarı ümumiyyətlə mövcud deyil”, – “Nikkei Asia” bildirib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya səfiri Polşa XİN-ə çağırılıb

Sonrakı məqalə

Təkrar ali və orta ixtisas təhsili üzrə sənəd qəbulu davam edir