Rusiya Moldova səfirliyinin birinci katibini ölkədən qovur

Moldovanın Rusiyadakı səfirliyinin birinci katibi Valeriu Manya “persona non-qrata” elan edilib.

Azpost.info xəbər verir ki, bu barədə Moldovanın diplomatik dairələrindəki mənbə bildirib.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl Moldova səfirliyinin əməkdaşının ölkədən çıxarılması qərarını açıqlamışdı və bu, rusiyalı diplomatın Kişinyovdan çıxarılmasına qarşılıq kimi qəbul edilmişdi.

Qeyd edək ki, bu gün Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota təqdim edilib. Moldova səfirinə həmçinin məlumat verilib ki, müntəzəm anti-Rusiya bəyanatları, eləcə də Moldova hakimiyyətinin Aİ-nin ruslara qarşı tətbiq etdiyi sanksiyalara qoşulması səbəbindən ölkənin bir sıra məmurlarına Rusiyaya giriş qadağan ediləcək.

Azpost.info

Əvvəlki məqalə

Yağış yağacaq, dolu düşəcək

Sonrakı məqalə

Daha 18 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib