Rusiya Müdafiə Nazirliyi PUA hucumu ilə bağlı rəsmi açıqlama yayıb

Ukraynanın bu günkü PUA hucumu ilə bağlı Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.

“Bu gün Kiyev Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara qarşı FPV dronlarından istifadə etməklə terror aktı törədib. İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi aerodromlarda bütün terror hücumları dəf edilib.

Murmansk və İrkutsk vilayətlərində, aerodromların bilavasitə yaxınlığında yerləşən ərazidən FPV pilotsuz təyyarələrinin buraxılması nəticəsində bir neçə təyyarə alovlanıb.

Yanğınlar söndürülüb. Hərbçilər və mülki şəxslər arasında itki yoxdur.

Terror aktlarının iştirakçılarından bəziləri saxlanılıb”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.