Rusiya Müdafiə Nazirliyi qiyam etmiş “Vaqner”çilərə müraciət etdi –"Sizi aldadıblar"

Rusiya Müdafiə Nazirliyi qiyam etmiş “Vaqner”döyüşçülərinə müraciət edib.

Azpost.info bildirir ki, müraciətdə döyüşləri silahı yerə qoymağa çağırıb

“Sizi aldadaraq Priqojinin cinayətkar macərasına və silahlı üsyanında iştira cəlb ediblər.

Artıq bir neçə dəstədən olan bir çox yoldaşlarınız səhvlərini artıq başa düşüblər. Daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəyiblər. Müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib.

Sizdən ağıllı hərəkət etməyinizi və mümkün qədər tez bir zamanda Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.