“Rusiya müharibədən əvvəlki dünya düzəninə qayıtmalıdır”- Almaniya kansleri

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putini müharibədən əvvəlki dünya düzəninə qayıtmağa çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.

Şolts bildirib ki, Avropada “soyuq müharibə”dən sonra yaradılmış təhlükəsizlik mexanizmlərini bərpa etmək lazımdır. Bir şərtlə ki, Moskva onlara əməl etsin: “Biz son onilliklərdə əldə etdiyimiz və Avropada sülhün və təhlükəsizlik nizamının əsasını təşkil edən razılaşmalara qayıtmalıyıq”.

O, müasir Rusiyanın siyasətini 17-19-cu əsrlərdəki imperiya yanaşması ilə müqayisə edib.  Və Rusiyanın qonşularına qarşı imperialist yanaşmasının qəbuledilməz olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

Neft Fondu noyabr ayında 410 milyon dollar satıb

Sonrakı məqalə

“Qərb Kiyevi Moskva ilə danışıqlar masasına oturmağa razı salmalıdır”