“Rusiya mülki hədəflərə zərbə endirmir”- Kreml Xarkova raket zərbəsini şərh etdi

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın Qroza kəndində dinc əhalinin həlak olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Azpost.info xəbər verir ki, Peskov deyib ki, Rusiya ordusu mülki hədəflərə zərbələr endirmir.

“Təkrar edirəm, Rusiya hərbçiləri mülki hədəflərə zərbə endirmir. Zərbələr hərbi infrastruktur obyektlərinə, hərbçilərin və ordu rəhbərliyinin nümayəndələrinin toplaşdığı yerlərə endirilib”, – Peskov deyib.

Bir gün əvvəl Xarkovun Qroza kəndinə hava zərbələri zamanı 50 nəfər həyatını itirmişdi.

Ukrayna prezidenti Vladimir Zelenski hadisədə Rusiyanı günahlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.