“Rusiya neftindən imtina Avropaya fəlakət gətirəcək” –Baş nazirin müavini Novak

Rusiya neftindən imtina dünya bazarını fəlakətli nəticələrə gətirib çıxaracaq.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Qymət artımı hər barellə görə 300 dollara çatacaq”-deyə o vurğulayıb.
Novak deyib ki, Rusiya xammalını Avropa bazarında əvəz etmək üçün bir il kifayət etməyəcək: “Rusiya Avropanı neftlə təmin edən nəhəng təminatçıdır. Avropa 500 milyon ton neft istehlak edir, onun 150 milyon tonu (30 faizi) Rusiyadan göndərilir. Üstəgəl 80 milyon ton neft məhsulları”– deyə Novak vurğulayıb.
Onun sözlərinə görə, Qərbin Rusiya neftindən imtina etməsi barədə bəyanatı bazarın əsaslarını dağıdır və qeyri-müəyyənlik yaradır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislamın imtina etdiyi deputat mandatı, Qorbaçova qəzəbli müraciət –

Sonrakı məqalə

Zelenski Putinlə birbaşa danışıq aparmaq istəyir