“Rusiya neftinin Qara dəniz vasitəsilə ixracı iflic vəziyyətə düşüb”- “Bloomberg”

Rusiyanın Qara dəniz vasitəsilə neft ixracı Ukrayna dəniz dronlarının Novorossiyskə hücumundan az sonra faktiki olaraq iflic vəziyyətə düşüb.

Azpost.info xəbər verir ki, bu həcm xaricə satılan neftin təxminən dörddə birini təşkil edirdi.

“Bloomberg” xəbər verir ki, avqustun 14-dən 20-dək Rusiyanın ən böyük Qara dəniz limanından yalnız bir tanker çıxıb və ixracın həcmi sutkada 100 000 barelə düşüb.

Qeyd olunan tarixdən bir həftə əvvəl liman üç tanker və beş gəmi göndərmişdi. Onlar müvafiq olaraq 300 və 500 min barel neft daşıyrdı. Eyni zamanda, iyunda Novorossiyskdən sutkada 600-800 min barelə qədər neft ixrac edilib.

“Qara dəniz üzərindən neft ixracının həcmi müharibə başlayandan bəri ən aşağı həddə çatıb və onun azalması Ukrayna Silahlı Qüvvələrinin avqustun 4-nə keçən gecə Novorossiyskdəki hərbi-dəniz bazasına hücumundan sonra başlayıb”, – agentlik qeyd edir.

Azpost.info

Əvvəlki məqalə

İran vətəndaşlarından “İnstagram” və “TikTok”da narkotik alan şəxslər saxlanılıb

Sonrakı məqalə

“İndi heç olmasa oğlumun məzarı var”