Rusiya nüvə silahından istifadə edə bilər 

“Rusiyanın milli təhlükəsizlik konsepsiyası nüvə silahından yalnız ölkənin mövcudluğuna təhlükə yarandığı halda istifadə etməyi nəzərdə tutur”.

TASS bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Fevralın 27-də Rusiya prezidenti Vladimir Putin Rusiya qüvvələrin xüsusi döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib. Dövlət başçısı müvafiq sərəncamı fevralın 27-də Rusiya Federasiyasının Baş Qərargah rəisi və müdafiə naziri Sergey Şoyqu ilə görüşündə verib.

Əvvəlki məqalə

Hillari Klinton koronovirusa yoluxub

Sonrakı məqalə

Ölkəyə xaricdən nə qədər ət gətirilib?