“Rusiya ordusu hərbi texnika və silahları Krımdan çıxarır”- Amerikalı ekspert

“Rusiya ordusu yaxın həftələrdə Ukraynanın əks-hücumunun hədəfinə çevrilə biləcək texnika və silahları Krımdan çıxarır. Rusiyanın ilhaq etdiyi yarımadanın şimalındakı bazalardan birində tanklar, piyadaların döyüş maşınları və artilleriya yoxa çıxıb”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-dan olan hərbi analitik Bredi Afrik peyk görüntülərinə istinadən bildirib.

Afrikin sözlərinə görə, avadanlığın çıxarılması əsasən fevralın 11-dən martın 16-dək həyata keçirilib. Eyni zamanda, Krımda kilometrlərlə xəndəklər və tank əleyhinə qazıntılar meydana çıxıb: “Sahildə xəndəklər və artilleriya qurğuları peyda olub. Bu il yenidən fəlakətli turizm mövsümü ilə üzləşiblər. Qiymətin üçdə birinə çatan endirimlərə baxmayaraq, Krım otellərində sifarişlərin sayı iki dəfə azalıb”.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit aprelin 3-də bildirib ki, Ukraynanın müharibədə itirdiyi əraziləri geri qaytarmaq üçün əks hücumu yaxın həftələrdə başlaya bilər.

Hərbi əməliyyatların planı Ukrayna komandanlığı tərəfindən amerikalı generallarla məsləhətləşmələr əsasında Almaniyanın Ramşteyn bazasında komanda-qərargah təlimləri keçirməklə hazırlanıb.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan Prezidentinin Gürcüstan Baş naziri ilə təkbətək görüşü olub

Sonrakı məqalə

Elektrik enerjisinin qiyməti nə zaman tənzimlənəcək? –