Rusiya ordusu Kiyevə hücum edib-Yaşayış binalarına zərbə endirib

Rusiya gecə boyu Ukraynaya dronlar və ballistik raketlərlə hücum edərək Kiyevdə və ətraf bölgədə xəsarətlərə və dağıntılara səbəb olub.

Rusiya ordusunun Kiyev şəhərinə hücumu nəticəsində 22 nəfər xəsarət alıb, yaralılar arasında iki uşaq var.

Bu barədə “UNİAN” məlumat yayıb.

Yaralılardan 11-i xəstəxanaya yerləşdirilib.

Şəhərin bir neçə rayonunda dağıntılar qeydə alınıb, yaşayış binalarında və mülki obyektlərdə yanğınlar baş verib.

Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücumdan sonra paytaxtın təxminən üçdə birinin istilik təchizatı kəsilib, sol sahilin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.

Kiyev vilayətində isə hücum nəticəsində bir qadın həlak olub, bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı xilasetmə işləri davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.