Rusiya ordusu Ukrayna şəhərlərini raket atəşinə tutub –Ölənlər və yaralılar var

Rusiya ordusu Ukrayna şəhərlərini raket atəşinə tutub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

İyulun 23-nə keçən gecə raket zərbələri ilə əlaqədar Odessa, Nikolayev və Xerson vilayətlərində hava həyəcanı elan edilib.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, yerli vaxtla saat 00:25 radələrində Mozdok aerodromundan (Şimali Qafqaz) Rusiyanın “Tu-22M3” təyyarəsinin uçuşu qeydə alınıb.

Hərbçilər daha sonra qanadlı raketlərin buraxılması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Saat 00:54-də Odessa vilayəti istiqamətində “Kh-22” qanadlı raketlərinin buraxılışı qeydə alınıb.

Daha sonra Ukrayna Silahlı Qüvvələri əlavə edib ki, cənub rayonları istiqamətində “Kalibr” qanadlı raketləri və səsdən sürətli “Oniks” gəmi əleyhinə raketlərin buraxılışı da qeydə alınıb.

 

Odessa şəhərinə raket hücumu zamanı ölənlər var.

Bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında məlumat verib.

Atəş nəticəsində bir mülki şəxsin öldüyü 18 nəfərin yaralandığı bildirilir.

Kiperin sözlərinə görə, zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəyişə bilər.

Əvvəlki məqalə

Bakıda binada yanğın olub –

Sonrakı məqalə

Tviter əsas simvolundan imtina edir