“Rusiya ordusu və xalqı ilə bir səngərdə dayanacağıq”– KXDR XİN

KXDR xarici işlər nazirinin müavini İm Çxon İl Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərinə çatacağını və Şimali Koreyanın Rusiya ilə eyni səngərdə olmağa hazır olduğunu bildirib.

Azpost.info xəbər verir ki, bu barədə Şimali Koreya XİN-in bəyanatında deyilir.

Bəyanat Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın görüşünün beşinci ildönümü münasibətilə verilib.

“Biz qətiyyən şübhə etmirik ki, Rusiya bütün çağırış və çətinliklərin öhdəsindən gələcək və Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərinə mütləq nail olacaq. Biz həmişə dövlətin təhlükəsizlik maraqlarını və suveren hüquqlarını qorumaq üçün ədalətli mübarizəyə girmiş Rusiya ordusu və xalqı ilə bir səngərdə dayanacağıq”, – XİN rəsmisi deyib.

Onun sözlərinə görə, Şimali Koreya hökumətinin ardıcıl mövqeyi Rusiya ilə dostluq ənənələrini daim inkişaf etdirmək və Rusiya ilə münasibətlərə birinci dərəcəli əhəmiyyət verməkdir. Nazir müavini əlavə edib ki, ölkələr arasında münasibətlər yoldaşlıq və hərbi birliyə əsaslanır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.