“Çin Ukraynadakı münaqişədə Rusiyanın tərəfindədir”- ABŞ-ın NATO-dakı daimi nümayəndəsi

Çin artıq neytrallığa riayət etmir və Ukraynadakı münaqişədə Rusiyanın tərəfindədir.

Azpost.info xəbər verir ki, “Politico” bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smitə istinadən yazıb.

Smit bildirib ki, Çin tərəfindən ikili təyinatlı malların Rusiyaya ötürülməsi ilə bağlı getdikcə daha çox sübutlar ortaya çıxır.

Smit əlavə edib ki, ABŞ-ın Rusiyaya silah tədarükü ilə bağlı etibarlı məlumatı yoxdur. Çin özü dəfələrlə vurğulayıb ki, o, münaqişədə iştirak etmir və Rusiya tərəfinə silah ötürmür.

Azpost.info

Əvvəlki məqalə

Ötən ay dövlət xəttilə neçə milyon manatlıq ipoteka krediti verilib?

Sonrakı məqalə

“Rusiya ordusu və xalqı ilə bir səngərdə dayanacağıq”