“Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi” –ZELENSKİ

Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilməyib.

Azpost.info bildirir ki, bu barədə açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski bunu Ukrayna ordusunun hərəkətlərinin mühüm nəticəsi adlandırıb.

Zelenski bildirib ki, şənbə günü o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə cəbhədəki vəziyyəti müzakirə edib: “Çox əhəmiyyətli nəticə odur ki, Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi. Biz indi onları mümkün qədər geri oturduruq, torpaqlarımıza daxil olan və Xarkov vilayətini terror edən rus bölmələrini məhv edirik”, – deyə Ukrayna prezidenti bildirib.

Zelenski qeyd edib ki, bu istiqamətə əlavə bölmələr göndərilib və daha da gücləndiriləcək.

“İndi Fransadakı danışıqlar və görüşlər sayəsində Ukraynanın müdafiəsi üçün Fransa və ABŞ-dan yeni qərarlarımız var. Təşəkkürlər dostlar! Artilleriya sahəsində, o cümlədən Ukraynada 155 kalibrli mərmi istehsalı sahəsində irəliləyiş var. Biz yeni istehsal platforması hazırlayırıq. Bizim döyüş aviasiyamız və elektron müharibəmiz də daha çox imkanlara malik olacaq…”, – deyə Ukrayna Prezidenti bildirib.

O, həmçinin bildirib ki, artıq tərəfdaşlarla Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemləri ilə bağlı razılaşmalar var. Bu qərarların bəziləri daha tez işləyəcək, bəziləri isə payıza yaxın həyata keçəcək.

Ukrayna prezidenti əlavə edib ki, Ukrayna üçün yeni təhlükəsizlik sazişləri, demək olar ki, hazırlanıb.  O, bunun  hansı ölkələrlə bağlı olduğunu açıqlamayıb.

Əvvəlki məqalə

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq olundu

Sonrakı məqalə

“Putin Ukraynada dayanmayacaq, bütün Avropa təhlükə altındadır” –