Dövlət Neft naziri Musadik Malik İslamabadda keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya Pakistana ucuz qiymətə benzin, dizel və xam neft verəcək.
M.Malik Rusiyaya səfəri münasibətilə ictimaiyyəti təbrik edərək səfəri gözləniləndən daha uğurlu olduğunu vurğulayıb. Malik Rusiyanın mayeləşdirilmiş təbii qaza (LNG) malik olmadığını bildirib: “LNG idxalı üçün Rusiyanın özəl firmaları ilə danışıqlar aparılır, eyni zamanda biz Rusiyanın dövlət LNG istehsalçılarını da cəlb etmişik”.
Dövlət nazirinin sözlərinə görə, Moskva ilə boru kəməri layihələri üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub.
Keçən həftə “The News” mənbələrinə istinadən xəbər verir ki, Pakistan nümayəndə heyəti Moskvada danışıqlar zamanı Rusiya xam neftinə 30-40% endirim istəyib, lakin ruslar bütün həcmlər öhdəlik götürdüyü üçün hazırda heç nə təklif edə bilməyəcəklərini bildirib.
Qaz kəməri layihələri ilə bağlı danışıqlar zamanı Moskva Pakistandan ilk növbədə Kəraçidən Pəncabın Lahor şəhərinə çəkiləcək Pakistan Axını Qaz Boru Kəmərinin (PSGP) flaqman layihəsinə dair öhdəliyinə əməl etməyi xahiş edib. Cavabında Pakistan komandası PSGP layihəsinin modelinin dəyişdirilməsini təklif edib. Rusiya tərəfi bildirib ki, tezliklə yekunlaşacaq səhmdarlıq sazişinin bəzi bəndləri istisna olmaqla, GtG (hökumətdən hökumətə) razılaşması çərçivəsində layihənin modeli artıq razılaşdırılıb.
M.Malik ölkənin tələbatı ödəmək üçün bir faiz əlavə enerji tələb etdiyini də qeyd edib. O, hökumətin yemək bişirilən saatlarda ev təsərrüfatlarına qazın fasiləsiz verilməsini təmin edəcəyini bildirib: “2022-ci ilin dekabr ayında ötən illə müqayisədə daxili sektora daha çox qaz tədarük edilir”.
O əlavə edib ki, ölkə 20 min ton mayeləşdirilmiş neft qazı (LPG) idxal edir və İran yaxın on gündə 2 milyon funt-sterlinq əlavə LPG tədarük edəcək.
L.SƏMLA
Azpost.info
