Rusiya PUA-ları Moldova və Rumıniyanın hava məkanına girib

Rusiyanın Ukraynaya ötən gecəki hücumlarında 6 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

“Hazırda müdaxilə qruplarımız Rusiyanın zərbə endirdiyi yerlərdə çalışırlar. Əsas hücum paytaxta olub. Odessa regionunda da dağıntılar var – limanlar, qida təchizatı və infrastruktur vurulub. Bundan başqa Dnepr, Xarkov, Çerniqov və Çerkasi regionları da hədəfə alınıb. Əsas hədəflər enerji sektoru və normal həyatın gedişatını təmin edən hər bir şey olub. Ruslar ümumilikdə müxtəlif tipli 22 raketdən və 460-dan çox drondan istifadə ediblər. 4 dron Moldova və Rumıniyanın hava məkanına daxil olub”, – Zelenski qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.