Rusiya PUA və “Kalibr” raketi ilə Ukraynaya zərbələr endirib

Rusiya tərəfi PUA və bombardmançı təyyarələrdən istifadə etmək lə Ukraynaya zərbələr endirib.

Bu barədə “UNİAN” məlumat yayıb.

Bildirilib ki, səhərə yaxın yeddi Tu-95MS strateji bombardmançı təyyarəsi səmaya qalxıb. Saat 05:03-də isə Rusiya tərəfi Qara dənizdən “Kalibr” raketi buraxıb.

Ukraynanın Energetika naziri German Qaluşenko enerji sektorunun hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir.

Əvvəlki məqalə

Ukrayna yeni tərkib dövründə Aİ-yə üzv ola biləcək

Sonrakı məqalə

Donald Tramp Mark Zukerberq ilə görüşüb