“Rusiya qazından imtinaya görə Avropada insanlar donur”- MEDVEDYEV

Rusiya qazının Avropaya tədarükünün dayandırılması ona gətirib çıxarıb ki, orada insanlar donur və hasilat dayanır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiyanın enerji resurslarının Avropaya tədarükünü məhdudlaşdırmaq istəyi ilə bağlı sualı belə cavablandırıb.

“Donald Tramp Rusiya qazının Avropaya tədarükünü məhdudlaşdırmaq və ora ABŞ enerji resurslarını satmaq istəyir. Bizim qazımız Avropada deyil. Buna görə də avropalılar donur və onların istehsalı dayanır”, – Medvedev bildirib.

Azpost.info

Əvvəlki məqalə

Polis axtarışda olan 15 dələduzu tapıb

Sonrakı məqalə

70 kq qızılla saxlanılan şəxs diplomat deyil? –