Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirdi –Döyüş başlığı Qazaxıstan poliqonuna düşdü

Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.

Bəyanatda qeyd edilir ki, buraxılış Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan həyata keçirilib və  sınaq tapşırıqları tam yerinə yetirilib: ”Məqsəd qabaqcıl qitələrarası ballistik raket avadanlığının sınaqdan keçirilməsi idi”,-deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Həştərxan vilayətindən atılan təlim döyüş başlığı Qazaxıstanın Sarı-Naqan poliqonunda hədəfə düşüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.