Rusiya səfərindən yarımçıq dönən Prezident İlham Əliyevin təyyarəsi Bakı hava limanına eniş edib

Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq hava limanına eniş edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.