Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədindəki Nerkin Hand kəndini tərk edib.
Bu barədə Sünik qubernatoru Robert Qukasyan jurnalistlərə bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya sərhədçilərinin Nerkin Hand kəndində olmaları üçün mandatları yoxdur.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə qeyd etmişdi ki, Rusiya sərhədçiləri Aİ-nin müşahidə missiyasının nümayəndələrini Nerkin Hand kəndinə buraxmayıblar.