“Rusiya sərhədçilərinin Sünik və Qeqarkunik bölgələrində yerləşdirilməsi imkanları müzakirə olunur” –Səfir

Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd Sünik və Qeqarkunik bölgələrində yerləşdirilməsi imkanları tərəflər arasında müzakirə olunur.

Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Armavirdə “Rusiya mərkəzi”nin açılışında jurnalistlərə deyib.

Səfir bildirib ki, Ermənistanın Azərbaycanla sərhəd Sünik bölgəsində Rusiya sərhədçilərinin postları var: “Onlar vəziyyətin sakit və stabil olmasına töhfə verirlər. Rusiya sərhədçilərinin mövcudluğunun genişləndirilməsi üçün müzakirələr aparılır. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizliyi, sərhəddə sabitliyin təmin olunması və üçtərəfli formatda qəbul edilmiş razılaşmaların reallaşması maraqlarına uyğun müəyyən olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Haiti Prezidenti sui-qəsd nəticəsində öldürülüb

Sonrakı məqalə

Şəmkir və Tovuzda 20 subartezian quyusunun qazılmasına 1,4 milyon manat ayrılıb