Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyaya qarşı sanksiyalar yalnız Ukrayna ilə razılaşma əldə olunarsa, ləğv edilə bilər.
Azpost.info xəbər verir ki, Şoltsun fikrincə, bu, yeganə ağlabatan ehtimaldır və diktə edilmiş sülhdən söhbət gedə bilməz.
Kansler məhdudlaşdırıcı tədbirlərin ciddi təsir göstərməməsi fikrini yanlış adlandırıb: “Sanksiyaların çox ciddi təsiri var. Rusiya iqtisadiyyatı böyük zərər görür və onun inkişaf imkanları ciddi şəkildə məhdudlaşdırılır”.
Şolts onu da bildirib ki, Almaniya Rusiya qoşunlarının Ukraynadan çıxarılmasında israrlıdır: “Biz Kiyevə özünü müdafiə üçün kömək etmək, müttəfiqlərimizlə birlikdə Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarmaq istəyirik. Buna görə də Qərb ölkələri Moskvaya qarşı sanksiyalar tətbiq edib”.
Azpost.info