Putin Somalinin borclarını bağışladı- Rusiya-Afrika sammitində ilk razılaşma

Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində Somalinin borclarının qismən ləğvi ilə bağlı razılıq əldə olunub.

Azpost.info xəbər verir ki, bu barədə ölkən Baş nazirinin müavini Salah Əhməd Cama bildirib.

Onun sözlərinə görə, ümumi məbləği 691 milyon dollar olan borclarla bağlı iki tarixi sənəd imzalanıb. Onlardan biri SSRİ dövründən qalmış borcdur – 1961-ci ildə Somali Mərkəzi Bankının hesablarında bloklanmış 7,5 milyon dollar. İkincisi, Somalinin Paris kreditorlar Klubu qarşısındakı öhdəlikləridir.

“Bu, Rusiya və Somali arasındakı münasibətlərdə tarixi bir məqamdır. Borcun bir hissəsi dərhal silinəcək, digəri ilə bağlı Rusiya yeni ödəniş cədvəli ilə razılaşdı. Biz çox şadıq ki, uzun illər davam edən danışıqlardan sonra nəhayət Somali üçün son dərəcə vacib olan bu iki sənədi imzalaya bildik. Rusiyaya və onun xalqına təşəkkür edirik. Bu, bizim üçün böyük məbləğdir”, – Baş nazirin müavini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanlarına start verilib