Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev İrəvana gəlib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana gəlib.

“Sputnik Armenia” xəbər verir ki, Patruşev burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrindən olan həmkarları ilə görüşəcək.

Bildirilir ki, sabah İrəvanda KTMT-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək.

İclasda təşkilat ölkələrinin təhlükəsizliyinə çağırış və təhdidlərin neytrallaşdırılması tədbirləri müzakirə olunacaq.

Əvvəlki məqalə

Azərbaycan 5 ayda hansı ölkələrə nə qədər mal ixrac edib? –

Sonrakı məqalə

Aİ Komissarı SOCAR-la Avropaya qazın artırılmasını müzakirə edib