Azərbaycan 5 ayda hansı ölkələrə nə qədər mal ixrac edib? –RƏQƏMLƏR

????????????????????????????????????

Dövlət Gömrük Komitəsi 2022-ci ilin beş ayı üzrə xarici ticarət hesabatı yayıb.

Rəsmi statistikaya görə, yanvar-may aylarında 158 ölkə ilə ticarət əməliyyatı, 15 milyard 416,5 milyon dollarlıq ixrac, 5 milyard 135,5 milyon dollarlıq idxal qeydə alınıb, büdcəyə 2 milyard 63,7 milyon manat vəsait ödənib.

Açıqlamaya əsasən, ixracın 92,2 faizi neft-qaz sektoru mallarıdır, idxalda ən böyük pay maşın, mexanizm, elektrik avadanlıqları və onların hissələrini əhatə edir: 20,2 faiz.

Hesabata görə, ixracın 4,7 faizi MDB ölkələrinin, 62,4 faizi Avropa İttifaqı ölkələrinin, 32,9 faizi başqa ölkələrin payına düşüb.

İdxalda MDB-nin payı 29,3 faiz, Avropa İttifaqının payı 15,5 faiz, başqa ölkələrin payı 55,2 faizdir.

Ticarət dövriyyəsi və ixrac üzrə əsas tərəfdaşın İtaliya, idxal üzrə əsas tərəfdaşın Rusiya olduğu vurğulanır.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşüb

Sonrakı məqalə

Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev İrəvana gəlib