Rusiya Təhqiqat Komitəsi Priqojinin ölümünü təsdiqlədi

Rusiya Təhqiqat Komitəsi “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin ölümünü təsdiqləyib.

Ekspertiza avqustun 23-də Tver vilayətində baş vermiş aviaqəzada ölən 10 nəfərin hamısının şəxsiyyətini müəyyən edib. Onların arasında “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin də olduğu bildirilib.

Xatırladaq ki, “Vaqner” qruplaşmasının rəhbəri Y.Priqojinin də olduğu təyyarə Tver vilayətində avqustun 23-də qəzaya uğrayıb. Moskvadan Sankt-Peterburqa uçan təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Əvvəlki məqalə

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətini atəşə tutub

Sonrakı məqalə

Bakıda polis qəssabdan qaçan dananı belə güllələdi –