Rusiya türk məhkəməsinin səfir Karlovun qatillərinə kəsdiyi hökmdən razıdır

09 Mart 2021 - 23:37
MOSCOW, RUSSIA - JUNE 11, 2020: A view of the offices of the Russian Foreign Ministry in Smolenskaya Square. Valery Sharifulin/TASS Ðîññèÿ. Ìîñêâà. Âèä íà çäàíèå Ìèíèñòåðñòâà èíîñòðàííûõ äåë ÐÔ íà Ñìîëåíñêîé ïëîùàäè. Âàëåðèé Øàðèôóëèí/ÒÀÑÑ

Rusiya Türkiyə məhkəməsinin səfir Andrey Karlovun qətli ilə bağlı verdiyi hökmdən razıdır. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Müasir Rusiya-Türkiyə münasibətləri tarixində ağır iz qoymuş bu faciəli hadisə ilə bağlı Türkiyənin hüquq-mühafizə və məhkəmə sistemlərinin nəhayət qərar verməsi sevindiricidir”, – deyə bəyanatda vurğulanıb.

Rusiya XİN-dən o da bildirilib ki, Rusiya Türkiyədən səfir Karlov sui-qəsdinin birbaşa sifarişçiləri və təşkilatçıları barədə məlumat alacağına ümid edir: “Rusiya və Türkiyə istintaq orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsinə və məhkəmənin nəticələri, bu terror aktının birbaşa sifarişçiləri və təşkilatçıları barədə hərtərəfli məlumatların Ankaradan alınacağına ümid edirik”.