Rusiya Türkiyə və Qətərlə birlikdə yeni “taxıl sazişi” hazırlayır- “Bild”

Rusiya Türkiyə və Qətərlə birlikdə bir ay əvvəl başa çatan “taxıl sazişi”ni əvəz etmək üçün yeni razılaşma hazırlayır.

Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Jurnalistlər iyulun 21-dən avqustun 8-dək Rusiya və Türkiyənin xarici işlər nazirləri ilə səfirlikləri arasında rəsmi yazışmaları öyrəniblər.

Nəşr yazır ki, Moskva Ankaraya “taxıl sazişi”ndən çıxması barədə əvvəlcədən xəbərdarlıq edib. Ona görə də Rusiya, Türkiyə və Qətər köhnə sazişin əvəzinə yeni üçtərəfli saziş hazırlamağa başlayıb.

Azpost.info

Əvvəlki məqalə

Erməni dəstələrinin Xocalı istiqamətində fortifikasiya qurğuları hazırlamaq cəhdlərinin qarşısı alınıb

Sonrakı məqalə

Avropa Liqası: