Rusiya Türkiyəyə əlavə xilasedicilər qrupu göndərir

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov zəlzələdən zərər çəkmiş Türkiyəyə əlavə xilasedicilər qrupunun göndərilməsi barədə göstəriş verib.

Azpost.info xəbər verir ki, bu barədə nazirliyin “Teleqram” kanalı məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə Türkiyəyə əlavə xilasedicilər qrupu göndəriləcək. Hazırda xilasedicilər fəlakət zonasına uçuşa hazırlaşırlar.”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.