Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfər edib.
“Mehr” agentliyi xəbər verir ki, səfər İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin rəsmi dəvəti ilə baş tutub.
Patruşevin iranlı həmkarı ilə görüşdən əlavə digər yüksək səviyyəli rəsmilərlə də görüşü gözlənilir.
İkitərəfli münasibətlər, beynəlxalq arenada əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Rusiya Təhlükəsizlik Şurasının katibini iqtisadi heyət müşayət edir.