Rusiya Samur sərhəd məntəqəsini Azərbaycanın yük maşınları üçün bağlayıb

Rusiya Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemini dəyişib.

Bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğudur.

“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, – deyə məlumatda deyilir.

Yük daşımaları üçün bütün zolaqlar avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur.

“Yük avtomobillərinə Rusiya Federasiyası ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur”, – deyə mətbuat xidməti əlavə edib. (APA)

Azpost.info bildirir ki, Rusiya ilə Azərbaycan arasında iki gömrük-keçid məntəqəsi fəaliyyət göstərir. Birincisi, “Samur” gömrük postu, Xaçmaz rayonunda yerləşir. Rusiya tərəfində keçid məntəqəsi Yaraq-Qazmalar adlanır.
İkincisi isə “Xanoba” gömrük postudur, o, Qusar rayonunda yerləşir. Bu keçid məntəqəsi Rusiya ərazisində Tahirkent-Qazmalar adlanır.
Əvvəlki məqalə

Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev İrana gedib

Sonrakı məqalə

Azərbaycanda Dövlət Bayrağı Günüdür