Bayden nəşə çəkməyə görə həbs olunan vətəndaşları əfv edib –FƏRMAN

ABŞ prezidenti Bayden fedreal məhkəmlər tərəfindən marixuana saxlamağa görə məhkum olunmuş vətəndaşları əfv edib. 

Azpost.info “Qolos Ameriki” radiosuna istinadən bildirir ki,  Bayden bununla bağlı fərman imzalayıb.

“Marixuanaya görə əvvələr federal məhkəmələr tərəfindən məhkum olunmuş minlərlə insan öz iş yerindən, mənzilindən və təhsil almaq hüququndan mərhum oluna bilərdi. Mənim fərmanım bu məhkəmə qərarlarının yan təsirlərini yüngülləşdirməkdə onlara kömək edəcək”-deyə Baydenin bəyaantında deyilir.

Bayden bununla seçkiqabağı vədini reallaşdırıb. Bu addım çox guman ki, noyabr seçkilərində seçicilərin xooşuna gələcək. ABŞ prezidenti deyib ki, baş prokuror Qarlanda əfv şəhadətnəmisnin verilməsi ilə bağlı inzibati proses üzərində işləməyə göstəriş verib.

“Heç kim evdə marixuna saxladığına görə Ştatlarda həbsdə olmamalıdır”.

ABŞ prezidenti deyib ki, bununla yanaşı marixunananın qeyri-qanuni dövriyyəsi, marketinqi və azyaşlılara satışı ilə bağlı qadağa qüvvədə qalacaq.

 

 

Əvvəlki məqalə

“Ermənistan və Azərbaycan arasında sülh üçün aparılan beynəlxalq səyləri dəstəkləyirik”-

Sonrakı məqalə

“Rusiya üçün çətin qərarlar qəbul edirsiniz”