“Rusiya Ukraynada bütün cəbhə boyu təşəbbüsü ələ alıb” –ISW-dən təhlil

“Rusiya ordusu bütün cəbhə xətti boyunca təşəbbüsü ələ alıblar. Onlar istədikləri zaman və harada istəsələr hücum hərəkətləri edə biləcəklər”.

Azpost.info bildirir ki, bu barədə Müharibə Araşdırma İnstitutunun (ISW) son icmalında deyilir.

ISW analitikləri qeyd ediblər ki, ruslar bu təşəbbüsü Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ilin iyununda başlayan əks-hücumdan sonra geri qaytarıblar. İndi işğalçıların komandanlığı Ukrayna ərazisində gələcək hücum əməliyyatlarının vaxtını, yerini və miqyasını müəyyən edə biləcək.

Eyni zamanda, analitiklər vurğulayıblar ki, Ukrayna Silahlı Qüvvələri 2024-cü ildə bütün cəbhə xətti boyunca aktiv müdafiə olunsa bununla da strateji təşəbbüsü Rusiyaya verəcəklər. Rusiya ehtiyatları manevr edə, resursları necə və harada bölüşdürəcəklərini müəyyən edə biləcəklər. Rusiya strateji təşəbbüsü özündə saxladığı müddətcə Ukraynanı müdafiə hərəkətləri etməyə məcbur edəcək.

Analitiklər təklif edirlər ki, Ukrayna qoşunları Rusiyanın təşəbbüsünə qarşı çıxmaq və bu il öz hücum əməliyyatlarını keçirmək üçün kifayət qədər imkanlara malik olsalar, Rusiyanı bu imkanlardan məhrum edə bilərlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.