“Rusiya Ukraynadakı münaqişənin diplomatik yolla həllinə açıqdır”- ZAXAROVA

“Moskva Ukraynadakı münaqişənin diplomatik yolla həllinə açıqdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Rusiya ilə danışıqları kəsən və qadağan edən Kiyev rejimindən fərqli olaraq, biz böhranın diplomatik yolla həllinə həmişə açıq olmuşuq. Rusiya ciddi təkliflərə cavab verməyə hazırdır. Rusiyanın iştirakı olmadan və maraqlarını nəzərə almadan Ukrayna böhranı ilə bağlı heç bir görüşün zərrə qədər dəyəri yoxdur”, – o deyib.

Zaxarova həmçinin Qlobal Cənub ölkələrindən olan dostların sülhə nail olmaq məqsədi daşıyan vasitəçilik və humanitar təşəbbüslərini yüksək qiymətləndirib.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“İran Rusiyaya PUA-lar vermir”