“Rusiya Ukraynadakı hərbi əməliyyatlarda ambisiyalarını azaldıb”-Pentaqon

“Rusiya Ukraynakı hərbi əməliyyatlarda ambisiyalarının azaldığını nümayiş etdirir”.

Azpost.info xəbər verir ki, “The Washington Post” bunu Pentaqon yetkilisinə istinadən yazıb. “Rusiya qoşunları hazırda daha kiçik qruplarda əhəmiyyətli dərəcədə kiçik tapşırıqlarla işləyirlər. Buna təşkilati problemlər və Ukraynanın hərbi müqaviməti səbəb olur”, – məqalədə deyilir. Pentaqon rəsmisinin sözlərinə görə, hücumlar bir neçə yüz nəfərlik birləşmələr əvəzinə, onlarla və yüzlərlə hərbçidən ibarət qruplar şəklində həyata keçirilir. Həmçinin Rusiya ordusu diqqətini Ukraynanın iri şəhərlərinə deyil, kəndlərə və yol ayrıclarına yönəldib.

 

Azpost.info

Əvvəlki məqalə

Mayın 21-22-də 44 mindən çox abituriyent qəbul imtahanı verəcək

Sonrakı məqalə

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib