“Rusiya Ukraynanı Qara dənizdən blokadaya almağı planlaşdırır”- Britaniya Kəşfiyyatı

“Rusiya Ukraynanı Qara dənizdən blokadaya almağı planlaşdırır”.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı bildirib.

Kəşfiyyatın məlumatına görə, “Sergey Kotov” gəmisi Bosfor və Odessa arasındakı gəmiçilik marşrutunda patrul etmək üçün Qara dənizin cənub hissəsinə gedib. Kəşfiyyat hesab edir ki, gəmi Ukraynaya gedən kommersiya gəmilərinin qarşısını alan qrupun tərkibinə daxil olacaq.

O da qeyd olunur ki, “taxıl sazişi”nin dayandırılması ilə Qara dənizdə hərbi əməliyyatların intensivliyi və miqyasının artması ehtimalı artıb.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycana xaricdən pul köçürmələri 1,3 mlrd. manatdan çox azalıb

Sonrakı məqalə

Azərbaycan MN Türkiyə şirkəti ilə “Su-25″lərin modernizasiyasına dair anlaşma imzalayıb