Rusiya Ukraynaya PUA-larla hucum edib

Avqustun 30-na keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram səhifəsində məlumat verilib.

İki qrup dronla hücum həyata keçirilib. Birinci qrup PUA-lar Kiyev istiqamətində, ikinci qrup Dnepropetrovsk və Nikolaev vilayətləri istiqamətində hücum edir.

Çerniqov, Sumı, Poltava, Çerkassı, Kirovoqrad və Dnepropetrovsk vilayətlərində həyəcan siqnalı işə düşüb.

Kiyev meri Vitali Kliçko şəhərdə partlayışların olduğunu təsdiqləyib.

Şəhər hərbi idarəsinin məlumatına görə, Kiyevdə hava hücumundan müdafiə sistemi işləyir.

Əvvəlki məqalə

Rusiyada təyyarələr, neft anbarı və hərbi hissə məhv edilib –

Sonrakı məqalə

“Qalatasaray” Çempionlar Liqasının qrupunda oynayacaq