“Rusiya Ukraynaya silah daşınan yollara hücum edə bilər” –PENTAQONDAN XƏBƏRDARLIQ

Rusiya qoşunları Ukraynaya silah tədarükünü əngəlləmək üçün kommunikasiya xətlərini kütləvi atəşə tuta bilər.

Azpost.info xəbər verir ki, bu barədə CNN Pentaqon nümayəndəsinə istinadən məlumat yayıb.

“Rusiya qüvvələri Ukraynaya Qərb silahlarını və təchizatlarını gətirən körpüləri, yolları və dəmir yollarını dağıtmağa cəhd edə bilər. Ruslar bu marşrutlara zərbə endirməyə nail olsalar belə, tədarükləri tam dayandıra bilməyəcəklər, çünki onların sayı çoxdur”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

“Dövlət pulunun xərclənməsində pozuntular daha pis səviyyədə davam edir” –

Sonrakı məqalə

Madonna, Şeron Stoun, Trampın qızı –