Madonna, Şeron Stoun, Trampın qızı –Zelenskini “İnstagram”da hansı məşhurlar izləyir?

Ukrayna prezidenti Vladimir Zelenskini “İnstagram”da təkcə ukraynalılar deyil, həm də dünya məşhurları izləyir.

Azpost.info xəbər verir ki, Ukrayna liderinin 17 milyonluq abunəçi siyahısında amerikalı aktrisa Şeron Stoun, əfsanəvi ulduz Madonna, İlon Maskın anası Mey Mask, ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka, Hollivud aktrisası Ketrin Vinnik, britaniyalı müğənni Rita Ora kimi məşhurlar da var.

Zelenski özü cəmi 194 hesaba abunə olub. Onların arasında Şeron Stoun, Adel, Ledi Qaqa, Antonio Banderas, Nikol Kidman, Cey Lo, Madonna, Arnold Şvartsenegger kimi, məşhurlar var.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Ukraynaya silah daşınan yollara hücum edə bilər” –

Sonrakı məqalə

Sadır Japarov və xanımının şərəfinə rəsmi ziyafət verilib