Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş prezident Məsud Pezeşkianın Moskvaya ayrıca səfəri zamanı imzalanacaq.
Azpost.info xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
“Bu saziş Kazanda (22-24 oktyabrda BRİKS sammiti zamanı) imzalanmağa hazır idi. Lakin iki ölkənin prezidentləri Aşqabadda keçirilən görüşdə razılığa gəliblər ki, bu, ikitərəfli səfərlər zamanı bağlansın. Həmin görüşdə Rusiya lideri Vladimir Putin Pezeşkianı Moskvaya səfərə dəvət etdi”, – Cəlali deyib.
Azpost.info