Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər –

Kreml açıqlama yaydı
21 Fevral 2020 - 22:31

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə , Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Suriyanın İdlib əyalətindəki münaqişə vəziyyətini müzakirə ediblər.

Vladimir Putin ekstremist qrupların aqressiv fəaliyyətlərinin davam etməsindən narahatlığını ifadə edib. Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünə şərtsiz hörmət olunmasının vacibliyi vurğulanıb.

Prezidentlər İdliblə bağlı gərginliyin azaldılmasına, atəşkəsin təmin olunması və terrorçu təhdidlərin neytrallaşdırılmasına istiqamətlənən nazirliklərarası məsləhətləşmələrin aktivləşdirilməsi barədə razılığa gəliblər.

Hərbi nazirliklər vasitəsi ilə təmasların intensiv rejimdə davam etdirilməsi təsdiqlənib”,- deyə Kremlin məlumatında qeyd olunub.

O da bildirilib ki, Putin və Ərdoğan telefon danışığı zamanı Liviya münaqişəsinin nizamlanması mövzusuna da toxunublar.