Rusiya və CAR birgə silah istehsal edəcək- Üçüncü ölkələrə

Rusiya və CAR Cənubi Afrika və üçüncü ölkələr üçün silah və hərbi texnika istehsal edəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətdən bildiriblər.

Tərəflər artıq Rusiya və xarici istehsalı olan helikopterlərə xidmət göstərən servis mərkəzinin tikintisinə başlayıblar.

Xüsusilə, Anqola və Mozambikdən gələn silahlar orada təmir olunacaq.

“İstər dövlətlərimizin milli silahlı qüvvələri üçün, istərsə də üçüncü dövlətlərin maraqları naminə silah və hərbi texnikanın birgə inkişafı və istehsalı sahəsində perspektivli əməkdaşlıq layihələri mövcuddur”, – qurumdan bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Zakir Həsənov yeni qəbul edilən silah və döyüş texnikası ilə bağlı tapşırıq verib

Sonrakı məqalə

“Putinin Afrika liderləri ilə görüşündə Ukrayna ilə bağlı bəyanat hazırlanır”