Rusiya və Hindistan SWIFT-in analoqunu yaradıblar

Rusiya və Hindistan ölkələr arasında hesablaşmaları sadələşdirmək üçün SWIFT-in analoqunu yaradıblar.

Azpost.info xəbər verir ki, bu barədə Hindistanın “Economic Times” qəzeti məlumat yayıb. Məlumata görə, Rusiyanın “VEB.RF” bankı və Hindistanın “Ehtiyat Bankı” tərəfindən həyata keçirilib. Yeni sistemdən hər iki müəssisənin baş ofisi istifadə edəcək. Təxminən bir həftə ərzində işə düşəcək yeni sistem sayəsində hər iki ölkənin milli valyutası ilə aparılan əməliyyatlar üçün idxal-ixrac sənədlərinin rahat ötürülməsi də təmin olunacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.