Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Dünya şöhrətli aktrisa ABŞ-dan köçmək istəyir

Orkhan Ali 28 Yanvar 2026 - 09:03 (Last updated: 28 Yanvar 2026 - 07:22)
coli felestin02

Hollivud ulduzu Ancelina Coli ABŞ-da ona məxsus daşınmaz əmlaklarla yollarını ayırmağa başlayıb. Qərb mediası sənədlərə və aktrisanın yaxın çevrəsinə istinadən yazır ki, bu addım Colinin yaxın zamanda ölkədən köçməyə hazırlaşdığını göstərir.

AzPost xəbər verir ki, ötən yay Coli 1997-ci ildən sahib olduğu Nyu-Yorkdakı mənzilini satıb. Təxminən 30 il ərzində bu mənzil onun şəhərdəki yeganə yaşayış yeri olub. Satışın məbləği açıqlanmayıb. Sənədlərə əsasən, mülkiyyət hüququnun ötürülməsi 18 iyul 2025-ci ildə rəsmiləşdirilib, qeydiyyat isə avqustun əvvəlində tamamlanıb.

Amerika mətbuatı yazır ki, aktrisa bununla kifayətlənmək niyyətində deyil. Yaxın vaxtlarda Coli Los-Ancelesdə yerləşən və dəyəri təxminən 24,5 milyon dollar olan malikanəni də satışa çıxarmağı planlaşdırır. 2017-ci ildə alınmış, vaxtilə məşhur rejissor Sesil B. De Millə məxsus olmuş bu ev Bred Pittdən ayrıldıqdan sonra Colinin əsas ailə evi sayılırdı. Mənbələrin bildirdiyinə görə, təmirdən sonra ev artıq potensial alıcılara təqdim olunur.

Aktrisanın ətrafındakılar bunun maliyyə çətinlikləri ilə bağlı olmadığını, Colinin sadəcə həyat prioritetlərini dəyişdirdiyini bildirirlər. Qeyd olunur ki, o, həyatının mərkəzinin artıq Los-Anceles olmayacağı bir dövrə hazırlaşır və 2026-cı ildən etibarən daha sərbəst yaşamaq niyyətindədir.

Əsas məsələ isə uşaqlarla bağlıdır. Ancelina Colinin Bred Pittlə nikahından altı övladı var: 24 yaşlı Mədoks, 22 yaşlı Paks, 20 yaşlı Zahara, 19 yaşlı Şaylo və 17 yaşlı əkizlər Noks və Vivyen. Boşanmadan sonra Coli uşaqların ataları ilə müntəzəm ünsiyyətini qorumaq üçün Pittin evinə yaxın ərazidə yaşayış yeri almışdı. Məhz bu qəyyumluq şərtləri onu uzun illər ABŞ-da saxlayıb.

Coli 2019-cu ildə Harper’s Bazaar jurnalına verdiyi müsahibədə açıq şəkildə bildirmişdi ki, uşaqları yetkinlik yaşına çatdıqdan sonra köçməyi düşünür. Bu isə 12 iyul 2026-cı ildə — Noks və Vivyenin 18 yaşı tamam olduqda mümkün olacaq. Mənbələr həmin tarixdən sonra aktrisanın yaşayış yerini dəyişməyi planlaşdırdığını deyir.

Mümkün istiqamətlər arasında Kamboca, Fransa və bir sıra Afrika ölkələrinin adı çəkilir. Kamboca Colinin həyatında xüsusi yer tutur — o, 2002-ci ildə böyük oğlu Mədoksu məhz bu ölkədən övladlığa götürüb. Fransa və Afrika ilə də şəxsi bağları var: əkizlər Nitsada dünyaya gəlib, Zahara Efiopiyadan övladlığa götürülüb, Şaylo isə Namibiyada anadan olub.

Əlavə faktor kimi, uzun sürən boşanma prosesinin başa çatması göstərilir. 2024-cü ilin dekabrında Coli və Pitt səkkiz il davam edən boşanma prosesini yekunlaşdırıblar. Mənbələrin sözlərinə görə, bundan sonra aktrisa daha sakitləşib və Los-Ancelesi həyatının artıq bağlanmış mərhələsi kimi qəbul etməyə başlayıb.

Son illər Ancelina Coli ABŞ-la arasında məsafə hiss etdiyini dəfələrlə dilə gətirib. San-Sebastyan kinofestivalında o, böyüdüyü ölkədən özünü uzaq hiss etdiyini, dünyaya daha beynəlxalq baxış və dəyərlərlə yanaşdığını vurğulayıb.

AzPost.az

Post navigation

Previous: “ABŞ-ın böyük hərbi qüvvələri İrana yaxınlaşır” –
Next: Həbsxana nəzarətçisi həbs olundu

Oxşar xəbərlər

israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35

xƏBƏR

zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
Xalq artisti Zaur Rzayev vəfat edib. Bu barədə APA-ya onun oğlu məlumat verib. O, bu gün müalicə...
Read more about Xalq artisti Zaur Rzayev vəfat edib
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01
Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.